Accessibility links

Donetsk sakinləri bu gün hava limanı yaxınlığında ağır artileriya atəş səsləri eşitdiklərini bildirib.

Bu, üsyançılarla Kiyev hökuməti arasında cümə günü əldə edilən atəşkəs razılığı barədə yeni şübhələr yaratmağa başlayıb.

Ukrayna milli təhlükəsizlik şurasının sözçüsü deyib ki, Donetskdəki üsyançılar hava limanına hücum etməyə çalışır. Aerportun nəzarəti may ayında bəri hökumət qüvvələrinin əlindədir.

Bununla yanaşı, bu gün Mariupol rəsmiləri deyib ki, liman şəhərində gecəyarı baş qaldıran silahlı qarşıdurmalar zamanı bir qadın ölüb, 3 nəfər isə yaralanıb.

Bu, atəşkəs razılığı əldə ediləndən bəri ilk ölüm faktıdır.

XS
SM
MD
LG