Accessibility links

Kiyevdə minlərlə insan şəhərin mərkəzinə axışıb


Ukraynanın paytaxtı Kiyevdə minlərlə insan şəhərin mərkəzinə axışıb.

Müxalifət liderləri bugünkü aksiyanın son 3 həftə ərzində keçirilən nümayişlərin ən genişmiqyaslı olduğunu deyir.

Müxalifət lideri Yuliya Timoşenkonun qızı anasının yazdığı məktubu oxuyub. Məktubda Viktor Yanukoviçin bir prezident kimi legitimliyini itirdiyi deyilir və onun istefasına çağırılır.

Aksiya iştirakçıları Vladimir Leninin heykəlini yıxıb.

Müxalifət lideri Arseniy Yatsenyuk deyib ki, prezidentlə müzakirələr yalnız bir halda, Avropa ilə yaxın əlaqələr quracaq bir hökumət təşkil edildiyi təqdirdə mümkündür.

Kiyevdə etirazlar noyabrın 21-dən, hökumətin Avropa İttifaqı ilə azad ticarət razılığını imzalamaqdan imtina etməsi ilə baş qaldırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG