Accessibility links

Ukraynanın paytaxtı Kiyevdə on minlərlə insan etiraz aksiyasına qatılıb. Müxalifətin 30 minə yaxın tərəfdarı Müstəqillik meydanında islahatlar və növbədənkənar seçkilər tələbini bir daha təkrar edib.

Müxalifət lideri Arseniy Yatsençuk deyib ki, biz yeni konstitusiya,yeni hökumət, yeni prezident, yeni ölkə istəyirik və istəyimizə nail olacağıq.

Ölkə prezidenti Viktor Yanukovych baş nazirin istefasını qəbul, nümayişlərlə bağlı qanunu ləğv etsə də, aksiya istirakçıları bunu kifayət hesab etmir.

Bu arada, Ukraynanın Milli Kəşfiyyat Xidməti terrorizmlə bağlı xəbərdarlıq yayaraq, hava limanları, elektrik stansiyaları, avtobus və dəmiryolu stansiyalarında təhlükəsizlik tədbirlərini gücləndirib.

Keçən ilin noyabr ayında Ukrayna prezidenti Viktor Yanukoviçin mövqeyini dəyişərək, Avropa İttifaqı ilə ticarətə dair sazişi imzalamaqdan imtina edib, Rusiya ilə daha yaxın əlaqələr qurmaq kursu götürməsindən sonra paytaxt Kiyev və ölkənin başqa şəhərlərində hökumət əleyhinə nümayişlər keçirilir. Moskva Ukraynanın tənəzzüldə olan iqtisadiyyatını gücləndirmək üçün Rusiya qazının qiymətini azaltmağa söz verib.
XS
SM
MD
LG