Accessibility links

Almaniya kansleri Berlində Ukrayna baş naziri Arseniy Yatsenyukla birgə mətbuat konfransında çıxış edib

Almaniya kansleri Angela Merkel deyir ki, Avropa Birliyinin Rusiyaya Ukraynanın şərqində separatçıları dəstəklədiyinə görə tətbiq etdiyi sanksiyalar Moskva 4 ay əvvəl əldə edilmiş razılığa əməl etdiyi təqdirdə ləğv edilə bilər.

"Yeganə problem odur ki, keçən ilin sentyabrında Minsk razılığı əldə olunsa da, təəssüf ki, razılığın əsas prinsipinə əməl olunmur. Biz bəzi inkişaflar müşahidə etmişik, xüsusilə də, atəşkəs davam edir. Ancaq atəşkəs çox kövrəkdir, ona görə də Minsk razılığına tam tətbiq olunmaqla hörmət edilməlidir" - deyə Angela Merkel bildirib.

Xanım Merkel bu açıqlamanı Berlində Ukrayna baş naziri Arseniy Yatsenyukla birgə mətbuat konfransında bildirib. Cənab Yatsenyuk deyib ki, Rusiya Minsk razılığında götürdüyü öhdəliklərə əməl etməyib.

Minsk sazişinə əsasən tərəflər atəşkəsə dair razılığa gəlib. Onlar habelə döyüşçülər və hərbi arsenalın Ukraynanın şərq bölgəsində geri çəkilməsinə dair öhdəlik götürüb.

XS
SM
MD
LG