Accessibility links

Ukraynanın şərqi Slovyansk şəhərində rusiyapərəst separatistlər tərəfindən ələ keçirilən ATƏT-in müşahidəçi qrupunun üzvləri azad edilib.

Alman nümayəndənin rəhbərlik etdiyi heyət Cenevrə razılığına əsasən Ukraynada fəaliyyətdə idi. Razılıq Rusiya, Ukrayna və ABŞ tərəfindən əldə edilib.

ABŞ dövlət katibi Con Kerri Ukraynada ATƏT-in müşahidəçi qrupunun azad edilməsini müsbət addım kimi qiymətləndirsə də, vəziyyətin düzəlməsi üçün daha artıq iş görülməsinə çağırıb. Demokratik Konqo Respublikasının paytaxtı Kinşasada danışan dövlət katibi deyib ki, Rusiya separatistləri dəstəkləməkdən əl çəkməlidir.

Con Kerrinin bu bəyanatı onun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon söhbətindən sonra səslənib. Rusiyanın XİN-nin bildirdiyinə görə, Lavrov kerriyə deyib ki, ABŞ öz nüfuzundan istifadə etməklə Ukranadan separatistlərə qarşı əməliyyatlarını dayandırmasını tələb etməlidir.

BMT-nin baş katibi Ban Gi Mun da ATƏT-in müşahidəçi qrupunun azad edilməsini alqışlayıb.

Ukrayna qüvvələri Slovyanskdan 17 km-lik məsafədə yerləşən Kramatorsk şəhərinə doğru irəliləyib. Kəşfiyyat rəsmiləri yerli televiziya və radio şirkətlərinin nəzarətinin geri alındığını bildirir.

Ukraynanın cənub Odessa şəhərində qarşıdurmlar nəticəsində 42 adam həlak olub.

Polisin bildirdiyinə görə, qarşıdurmalar rusiyapərəst separatistlər və Ukraynanın birliyini müdafiə edənlər arasında baş verib.

Odessada ikigünlük matəm elan edilib.

Həmkarlar İttifaqının binasında baş verən yanğın zamanı 50 adam xəsarət alıb.

Dünən Ukraynanın hərbi qüvvələri Slavyanskda ilk dəfə genişmiqyaslı əməliyyat keçirib.

Müvəqqəti prezident Oleksandr Turçinovun bildirdiyinə görə, rəqib döyüşçülər ağır itki verib. Bir çoxları yaralanıb.
XS
SM
MD
LG