Accessibility links

Ukraynanın daxili işlər naziri Arsen Avakov 3 şərqi regionda Rusiya tərəfdarı etirazçılarla qarşıdurmalara 48 saat ərzində son qoyulması barədə xəbərdarlıq verib.

Müxbirlərlə görüşü zamanı nazir deyib ki, siyasi həll variantı hələ də mümkündür.Lakin Avakov münaqişə istəyən hər bir kəsə güc yolu ilə cavab veriləcəyi ilə hədələyib.

Ukraynanın qərbində Moskva tərəfdarları bir neçə hökumət binasını ələ keçirərək, Rusiya ilə birləşmək üçün səsvermə keçirilməsini tələb edir.

Xarkov şəhərində atəş səsləri eşidilib. 60 nümayişçi nəzarət altına alınıb. Donetskdə isə nümayişçilərin bazar günü ələ keçirdiyi binalar hələ də onların nəzarətindədir.

Luqansda dövlət təhlükəsizliyi qərargahında saxlanılan 50 adamın azad edildiyi bildirilir. Bu şəhərdə Rusiya tərəfdarlarının 60 adamı girov götürdüyü bildirilir. Rəsmilər nümayişçilərin binanı partlayıcılarla mühasirəyə aldığını deyir.

ABŞ dövlət katibi Con Kerri iğtişaşlara görə Rusiya agentləri və xüsusi təyinatlı qüvvələrini ittiham edib. O, Rusiyanın əməllərini Krımda olduğu kimi hərbi müdaxilə üçün bəhanə adlandırıb.
XS
SM
MD
LG