Accessibility links

Poroşenko: Ukrayna Avropa İttifaqına üzvlüyə beş il ərzində hazır olacaq


Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, onun ölkəsi Avropa İttifaqına üzvlüklə əlaqədar şərtlərə beş il ərzində əməl etməyə hazır olacaq. O bu açıqlamanı Avropa İttifaqı rəsmilərinin onun Ukraynanın şərqində birliyin sülhümühafizə missiyasının yerləşdirilməsinə haqda müraciətini rədd etdiyi bir vaxt verib.

Bu gün Avropa İttifaqının prezidenti Donald Task və Avropa Komissiyasının prezidenti Jan Klod Janklerlə görüşdən sonra müxbirlərlə danışan prezident Poroşenko deyib ki, Ukrayna keçən il Moskva tərəfdarı Viktor Yanukoviçin hakimiyyətdən salındığı inqilabdan sonra Avropa İttifaqına üzv olmaq hüququnu qazanıb. Cənab Poroşenko bildirib ki, Ukrana bu hüququ, onun sözlərilə, “Rusiya təcavüzünə qarşı müharibə” ilə saxlamağa davam edir.

Prezident Petro Poroşenko eyni zamanda, fevral ayında Ukrayna hökuməti və separaçıatların nümayəndələri ilə imzalanmış atəşkəs razılığına tam əməl olunmasını təmin etmək üçün lazımi təhlükəsizlik şəraitinin yaradılması məqsədilə Avropa İttifaqının sülhümühafizəçilərinin yerləşdirilməsinə çağırıb.

Avropa İttifaqının prezidenti Donald Task deyib ki, qurum Ukraynaya yardım yollarının dəyərləndirilməsi məqsədilə mülki missiya göndərə bilər. Lakin o, hərbi missiyanın göndərilməsinin qeyri-mümkün olduğunu deyib.

XS
SM
MD
LG