Accessibility links

Viktor Yanukoviç Ukraynanın 3 sabiq prezidenti və Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri ilə görüşüb


Ukrayna prezidenti Viktor Yanukoviç Ukraynanın 3 sabiq prezidenti və Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri ilə görüşüb. Görüş prezidentin Avropa İttifaqı ilə azad ticarət razılığını imzalamamasına görə Ukraynadakı gərginliklərin yüngülləşdirilməsi mahiyyəti daşıyıb.

Televiziya ilə nümayiş etdirilən görüş zamanı Yanukoviç sələflərinə deyib ki, Rusiya və Avropa ilə yaxşı münasibətlər ölkəsinin maraqlarına xidmət edir. O, ya Rusiya, ya da ki, Avropa ilə əlaqələrə üstünlük verilməsi fikrini qəbul etmədiyini bildirib.

Yanukoviç Ukraynanın Rusiya ilə yaxşı əlaqələrinin Avropanın istilik şəraitində yatmasını təmin etdiyini deyib.

Viktor Yuşenko, Leonid Kuçma və Leonid Kravçukla görüş siyasi qarşıdurmanın azalmasına yönəlib.

İkigünlük rəsmi səfərlə Ukraynada olan Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eştonla görüş Ukraynaya ticarər sazişini imzaladığı təqdirdə siyasi böhranın həlli məqsədi ilə maliyyə yadımı göstərilməsinə həsr edilib.
XS
SM
MD
LG