Accessibility links

Ukraynanın baş naziri nümayişçilərə xəbərdarlıq verib


Ukraynanın baş naziri hökumət əleyhinə olan nümayişçilərə gərginliklərə son qoyulması barədə xəbərdarlıq verib.

Mıkola Azarov nazirlərlə görüşü zamanı bildirib ki, hökumət təmkin nümayiş etdirir, lakin bu, qanunu pozanların cəzalandırılmayacağı demək deyil.

Kiyevin mərkəzində isə nümayişçilərin qurduğu çadır düşərgəsi hələ də qalmaqdadır.

Human Rights Watch Ukraynanın səlahiyyətli nümayəndələrini polisin nümayişçilərə qarşı hədsiz gücdən istifadə etdiyinə dair iddialarla bağlı təhqiqiat aparılmasına çağırıb.

Qrupun bəyanatında noyabr ayının 30-u ilə dekabr ayının 1-də polisin dinc nümayişçiləri döydüyü və bəzi hallarda onlara xəsarət yetirdiyi deyilir.

Kiyevdə etirazlar noyabrın 21-dən, hökumətin Avropa İttifaqı ilə azad ticarət razılığını imzalamaqdan imtina etməsi ilə baş qaldırıb.

Dünən ABŞ dövlət katibi Con Kerri NATO-nun Brüssel sammitində bunun prezident Yanukoviçin şəxsi və Ukrayna xalqının iradəsinə zidd qərar olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG