Accessibility links

Ukrayna baş naziri Yatsenyuk prezident Obama ilə görüşə hazırlaşır


Yatsenyuk
Yatsenyuk
Ukraynanın baş naziri Arseniy Yatsenyuk ölkəsindəki böhranla bağlı dipolmatik təzyiq göstərməyə hazırlaşır.

Cənab Yatsenyukun iki gün sonra Vaşinqtonda prezident Barak Obama ilə danışıqlar aparacağı gözlənilir. İki lider Ukraynanın cənubunda rus dilli əhalinin üstünlük təşkil etdiyi Krım yarımadasında yaranmış böhranla bağlı müzakirələr aparması planlaşdırılır.

Bununla yanaşı, Krım bu gün rəsmən ATƏT-ə müraciət edərək martın 16-da keçiriləcək referendumu müşahidəyə dəvət edib.

Keçən həftə ATƏT müşahidəçiləri 3 dəfə Krıma daxil olmağa cəhd göstərsə də, onlar silahlı şəxslər tərəfindən geri qaytarılıb.
XS
SM
MD
LG