Accessibility links

Rusiya, Ukrayna, Almaniya və Fransa liderləri telefonla danışıb


Rusiya, Ukrayna, Fransa və Almaniya liderləri bu gün birgə telefon danışığı zamanı Ukraynada döyüşlərə son qoymağı nəzərdə tutan sülh planını müzakirə ediblər.

Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Petro Poroşenko, Fransa dövlət başçısı Fransua Olland və Almaniya kansleri Angela Merkel arasında danışıqlar Ukraynanın şərqində Rusiya tərəfdarı üsyanın dayandırılmasına dair diplomatik səylərin intensivləşdiyi vaxta təsadüf edir.

Almaniya hökumətinin sözçüsü deyib ki, 4 lider gələn həftənin çərşənbə günü Belarusun paytaxtı Minskdə görüşüb Ukrayna böhranından çıxmayın yollarının tapılması istiqamətində işi davam etdirməyi planlaşdırır.

Sülh planı sentyabr ayında Minskdə əldə olunan, ancaq iflasa uğrayan atəşkəs razılığına əsaslanır. Buna baxmayaraq ABŞ Dövlət Departamenti rəsmisi bu dəfəki təflifin daha təfərrüatlı olduğunu bildirib.

Cənab Olland deyib ki, bu, Ukraynada döyüşlərə son qoymaq üçün son fürsətdir. Xanım Merkel isə razılığın əldə olunub-olunmayacağının məlum olmadığını bildirib.

XS
SM
MD
LG