Accessibility links

BMT Ukraynada itkilərlə bağlı hesabat açıqlayıb


BMT rəsmiləri bildirir ki, sentyabr ayının 5-də əldə edilmiş atəşkəsdən sonra Ukraynanın şərqində separatçılarla hökumət qüvvələri arasında münaqişə zamanı azı 331 insan öldürülüb.

Hər ay açıqlanan hesabatda BMT-nin İnsan Haqları üzrə ali komissarı bildirib ki, oktyabrın 6-ı bitən altı aylıq müddət ərzində Ukraynanın şərqində döyüşlər nəticəsində azı 3600 insan ölüb, 9000 insan yaralanıb.

BMT-nin insan haqqları üzrə rəhbəri Zeyd Raad Əl-Hüseyn tərəfləri atəşkəsə riayət etməyə və onu davam etdirməyə çağıraraq, mülki vətəndaşlara qarşı hücumları dayandırmağa səsləyib.

Bu arada, ABŞ Dövlət katibinin yardımçısı Viktoriya Nuland deyib ki, ATƏT hərbi əməliyyatların dayandırılması və atəşkəsin bərqərar olmasından sonra Ukraynanın şərqinə sərhəd mühafizəçiləri göndərəcək.

Viktoriya Nuland Kiyev yaxınlığında Bortniçi qəsəbəsində yerləşən Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətini ziyarət edən zaman Birləşmiş Ştatların avtomobil, kamera və digər avadanlıq şəklində 10 miliyon dollar dəyərində yardım edəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG