Accessibility links

Ukrayna qüvvələri Donetskə doğru irəliləyir [Fotoqalereya]


Ukrayna hökumətinin bildirdiyinə görə, silahlarını tam şəkildə yerə qoymayınca separatistlərlə atəşkəs müzakirələri baş tutmayacaq.

Müdafiə naziri Valeri Heleteyin bəyanatında 400 adamın ölümü ilə nəticələnən qiyamların yatırılacağına eitimad ifadə edilib.

Dünən rusiyapərəst separatistlər Donetsk şəhərində barrikadalar qurub. Ukraynanın hökumət qüvvələrinin nəzarətini geriyə aldığı Slavyanskı tərk etdikdən sonra onlar əsas yollarda keçid məntəqələri qurub.

Ukrayna qüvvələri hazırda Donetskə doğru irəliləyir. Şəhərə aparan 3 körpü dağıdılıb. Körpüləri kimin hədəf aldığı məlum deyil. Hökumətin körpüləri partlatmaqla separatistlərin silah təchizatına mane olduğu və ya separatistlərin qüvvələrin hərəkətini ləngitmək üçün bunu etdiyi bəlli deyil.

Ukraynanın müdafiə rəsmiləri separatistlərin xalq respublikaları elan etdikləri Donetskdən sonra Luqanska istiqamət alınacağını bildirib.

Rusiyanın xəbər agentlikləri prezident Vladimir Putinin parlamentin yuxarı palatasına müraciət edərək Rusiya qüvvələrinin Ukraynaya müdaxiləsinə dair qərarın ləğvini istədiyini bildirib.

Eyni zamanda Rusiyanın İTAR-TASS xəbər agentliyi energetika naziri Aleksandr Novakın gələn həftə Avropa İttifaqı ilə təbii qaz məsələsini müzakirə edəcəyini bildirib. Danışıqlar zamanı Moskvanın Ukraynaya ixrac etdiyi qaz ödənişləri məsələsi gündəmə gətirilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG