Accessibility links

Ukraynanın üsyançıların nəzarətində olan Donetsk şəhərində məktəb və mikro-avtobusun yaxınlığında mərminin partlaması nəticəsində təxminən 10 nəfər həlak olub.

Dörd nəfər binadan bir qədər aralıda mərmi partlayarkən ölüb. Hadisə məktəbdə ilk dərs günü baş verib. Hadisə nəticəsində heç bir uşağın xəsarət almadığı bildirilir. Lakin bir müəllim və bir valideyn həyatını itirib.

Digər bir insidentdə mərmi ictimai mikro-avtobusa dəyib və altı nəfərin ölümünə səbəb olub.

Donetskdə üsyançılar hökumətin nəzarətində olan hava limanına yaxınlaşmağa başlayıb.

Associated Press məlumat verir ki, üsyançıların komandiri üsyançıların hava limanının əksər hissəsinə nəzarət etdiyini deyib. Bu ərazidə həftələrdir ağır döyüşlər gedir.

XS
SM
MD
LG