Accessibility links

Ukraynanın şərq regionunda səsvermə keçirilir


Ukraynanın şərq regionunda separatistlər səsvermə keçirir. Kiyev və Qərbin tanımayacaqlarını elan etdikləri seçkilərdə Luqansk və Donetskin parlament üzvləri və liderləri seçilir.

Avropa İttifaqı və ABŞ separatistlərin səsverməsini qeyri-qanuni adlandıraraq, bunun Ukrayna konstitusiyası və sentyabr ayının 5-də əldə edilən atəşkəsə zidd olduğunu bildirib.

Rusiya isə seçkilərin nəticələrini tanıyacağını bəyan edib. Qərb səsvermənin bu regiondakı böhranın həllinə mane olacağı barədə xəbərdarlıq verib.

Avropa İttifaqı Rusiyanı seçkiləri tanımamağa çağırıb.

Bu arada Ukrayna ordusunun bildirdiyinə görə, Rusiyadan separatistlərin nəzarətində olan Ukraynanın şərq bölgəsinə əsgəri qüvvə və silah daşınır.

Xəbər agentlikləri işarəsiz yük maşınlarının Donetskin hava limanına doğru irəlilədiyini bildirib.

Separatistlərin əlində olan Donetskin hava limanı hökumət qüvvələrinin nəzarəti altındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG