Accessibility links

Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separtistlər arasında qarşıdurma zamanı bir əsgər hələk olub, bir neçəsi xəsarət alıb.

Ukrayna ordusunun sözçüsü Oleksandr Motuzyanıkın bildirdiyinə görə, son 24 saat ərzində hökumət qüvvələrinə qarşı hücumların sayı artıb. Bu, fevral ayında əldə edilən atəşkəsi təhlükəyə salır. Sözçü hücumların əsasən Donetsk hava limanı və Mariupol şəhərində həyata keçirildiyini deyib.

Beynəlxalq müşahidəçilər atəşkəsin şərtlərin demək olar ki, hər gün pozulduğunu bildirir.

Bir ildən çox davam edən qarşıdurmalar nəticəsində 6100-dən çox dinc əhali həyatını itirib.

XS
SM
MD
LG