Accessibility links

Kiyev qarşıdurmasının qurbanları üçün ədalət bir il sonra hələ də bərpa olunmayıb [Video]


Ukrayna hadisələrinin ildönümü
please wait

No media source currently available

0:00 0:03:14 0:00

Hökümətin dəyişməsinə baxmayaraq, ölümlərə görə hələ heç kim məsuliyyətə cəlb olunmayıb

Ukraynan paytaxtı Kiyevdə 100 nəfərin ölümü və prezident Viktor Yanukoviçin Rusiyaya qaçması ilə nəticələnən hökümətə qarşı etirazlardan bir il ötür. Hökümətin dəyişməsinə baxmayaraq, ölümlərə görə hələ heç kim məsuliyyətə cəlb olunmayıb. Ölənlərin ailələri isə ədalətin gələcəyinə inanmırlar.

19 yaşlı Roman Quryuk bir az üsyankar idi, amma iki balaca bacısının, dostlarının və Ukraynanın Avropalı gələcəyinin qayğısına qalırdı.

Mənə elə gəlir ki, onlar bunu uzatmaq istəyirlər, çünki günahkarların çoxu atıq Ukraynada deyil. Sübutlar da artıq yoxa çıxıb

Onun atası İqor bildirir ki, bir il öncə Ukrayna Hotelinin qarşısında onun həmrəy olduğu silahsız, hökümətin eləyhinə olan etirazçılara atəş açıldığı zaman Roman yaralılara kömək edirdi.

“O, ikinci dəfə gələndə onunla birlikdə 8 -10 nəfər var idi. Onlar orada möhkəm daysnmışdılar. Videoda orada barikkadanın olduğunu görmək olurdu. O tərəfdən də onlar barrikadanın bu tərəfinə atəş açırdılar”.

Roman daha çox nümayişçiyə yardım etməyə çalışanda başından bir güllə ilə vuruldu. O gizli snayperlərin qurbanı oldu və polislə qarşıdurma zamanı həlak olan 100-dən çox insanın sırasına qatıldı.

Artıq bir il keçib, amma Kiyevin mərkəzindəki ölümlərdən heç kəsi cavabdeh tutmayıblar. Romanın anası İrinia ədalətin bərpa olunacağına çox az ümid bəsləyir.

“Mənə elə gəlir ki, onlar bunu uzatmaq istəyirlər, çünki günahkarların çoxu atıq Ukraynada deyil. Sübutlar da artıq yoxa çıxıb”.

Ukraynanın yeni təyin olunmuş baş prokuroru Viktor Şokin cinayətkarları tapıb cəzalandıracağını əhd edib.

“İnanıram ki, və hətta parlmentdə deyiblər ki, bu baş verəcək. Günahkarların hər biri məsuliyyətə cəlb olunacaq. Buna şübhə yoxdur”.

Aylarca davam edən Moskva tərəfdaşı hökümətə qarşı dinc etirazlar prezidentin Rusiyaya qaçmasından sonra şiddətlə nəticələndi.

Kreml bundan istifadə edərək Krımı ilhaq etməsinə və ölkənin şərqində mindən artıq insanın ölümünə səbəb olan rusiyapərəst separatçılara dəstək verməsinə haqq qazandırdı.

Ötən il İqor Çernetskiy etirazçıların təhlükəsizliyini təmin edən qrupa rəhbərlik etdiyi zaman ayağından vurulub.

Məsələ Avropaya inteqrasiya məsələsi deyildi, məsələ Ukrayna xalqının məhv edilməsi idi.

O, komandasının ov silahı daşıdığını etiraf edir, ancaq bildiri ki, onlar silahdan sadəcə özlərini müdafiə etdikləri zaman istifadə edirdilər.

“Məsələ Avropaya inteqrasiya məsələsi deyildi, məsələ Ukrayna xalqının məhv edilməsi idi. Bu qədər bəsit. İnasanlar məhv olunanda, sən məhv olunanda, başqa heç nəyə fikir vermirsən, sən sadəcə döyüşürsən. Və bu indiyədək davam edir, davam edəcək də”.

Çernetskiy Ukrayna hərbisi üçün ianə toplamağa kömək edir, lakin ayağı sağalandan sonra onlarla birgə cəbhə xəttində döyüşəcəyini deyir.

Çernestkiy kimi bir neçə insan, Kiyevdə həyatın normala döndüyünə baxmayaraq, şərqdəki döyüşlərin artıq müntəzəm olaraq davam edəcəyindən narahatdırlar.

Zorakılığa məruz qalan insanlar üçün isə, ölənlərin xatirələrini unutmaq asan olmayacaq.

XS
SM
MD
LG