Accessibility links

Ukrayna inqilabında qadınların rolu [Video]


Ukraynada hökumətin istefası ilə nəticələnmiş etiraz hərəkatında iştirak edən qadınlar həm ənənəvi, həm də qeyri-ənənəvi rollarda çıxış edib. Onların bir hissəsi qadınların statusu məsələsində inqilabın başlandığına inanır.

Aylardır etirazçılar və onların tərəfdarları meydandan çəkilmir. Polis hücumlarından qorunmaq üçün barrikadalar quran kişilər qəhrəman, öldürülən insanlar isə şəhidlər kimi tanınır.

Qadınlar dəstək üçün aksiyalara qoşularaq, yemək hazırlayır, kərpic daşıyır, barrikadalarda dayanan insanlar üçün yemək və çay hazırlayır.

“Bu kişilər orada oturub, özlərini çox vacib, mühüm adamlar hesab edir. Əsl işi isə qadınlar görür”.

Özünü Nina kimi təqdim edən qadın təhlükəyə məruz qalmamaq üçün üzünü gizlədir. O, köhnə stereotipləri aradan qaldıraraq, kişilərlə birlikdə dayandığını deyir.

“Mən yemək hazırlamağı, təmizlik yaratmağı bacarıram. Mən danışıq aparmağı bacarıram, düşünməyi, təşkilatlanmağı və mübarizə aparmağı bacarıram”.

Nina etiraz aksiyalarından öz həyatında dəyişiklik yaratmaq üçün imkan kimi istifadə etmək etmək istəyən qadınlardan biridir.

Aleksandra Nazarova korrupsiyaya dair heç bir sənədin yoxa çıxmadığına əmin olmaq üçün hökumət binası qarşısında keşik çəkir.

”Mənim yeganə imkanım istədikləri yerdə fəal olmaq istəyən qadınlara dəstək verməkdən ibarətdir”.

Qeyri-ənənəvi rolda aksiyalarda iştirak edən qadınların çoxu keçən ay kişilərlə bərabər hərəkatda işləmək hüququnu təsdiq etmək üçün yaradılmış Qadınlar Briqadası qrupunun üzvüdür.

Nina Rotarska: “Əvvəlki hökumətdə biz həmişə qadınların bərabərliyi və bərabər təmsil olunmaq uğrunda mübarizə aparırdıq. Əgər biz indi tamamilə başqa bir reallıq qura bilməsək, o zaman bir çox qadın üçün bu mübarizənin heç bir əhəmiyyəti olmayacaq”.

Qadınlar yaşlarından asılı olmayaraq, etiraz aksiyalarına bacardıqları qədər dəstək verirlər. Mariya Alekseyenko Ukrayna Qadın Konsorsiumunun sədridir.

“İndi qadınlar üçün ən önəmlisi onların proseslərdə iştirakı haqda özlərinin qərar verməsidir. Eləcə də qadınların onların həyatı ilə əlaqədar bütün fəaəliyyətlərdə iştirak edə bilmələrini başa düşməsi də olduqca vacibdir”.

Üç aydır siyasi etirazların davam etdiyi meydanda indi keçmiş baş nazir Yuliya Timoşenkonun böyük portreti asılıb. Lakin Timoşenko istisna deyil. Ukrayna qadınlarının çoxu cəmiyyətdə daha çox ənənəvi rola malikdir. Ölkədə yetişən yeni nəslin bu tendensiyanı dəyişəcəyi gözlənilir.
XS
SM
MD
LG