Accessibility links

Ukraynada siyasi islahatlar [Video]


Ukraynanın yeni prezidenti korrupsiya ilə mübarizə və şəffaflıq naminə islahatlar həyata keçirməyi planlaşdırır. Lakin müşahidəçilər bunun baş tutması üçün ilk öncə parlamentin dəyişdirilməli olduğunu bildirir.

Seçkiqabağı kampaniyası zamanı milyarder Petro Poroşenko seçicilərə kleptokratiya, Viktor Yanukoviçdən miras qalmış korrupsiyanın kökünü kəsəcəyinə söz verib.

Onun seçilməsi Ukraynanın paytaxtı Kiyevin Maydanında irəli sürülüən islahat tələblərinin nəticəsi idi. Nümayişlər zamanı yüz nəfər həlak olmuşdu. Beynəlxalq

Strateji Araşdırmalar Mərkəzindən Sara Mendelson hesab edir ki, əsas məsələ etimad idi. "Bu, şəffalıq və etimad hərəkatı idi. May ayının 25-də Poroşenkoya səs verənlər buna görə səs vermişdi."

İnaqurasiya çıxışı zamanı Poroşenko hökumətlə xalq arasında anti-korrupsiya yolunun salınmasına çağırıb. Lakin dəyişiklik onun təkbaşına görəcəyi iş deyil.

Ukrayna parlamenti-Rada islahat qanunu qəbul etməlidir. Korrupsiya ilə mübarizə qrupları Yanukoviç rejimini dəstəkləyən parlamentin dəyişdirilməsinin vacibliyini irəli sürür.

Korrupsiya ilə mübarizə hərəkatı mərkəzinin əməkdaşı Daria Kalenyukun dediyinə görə, islahatçıların görəcəyi ilk iş müstəqil, açıq bir korrupsiya ilə mübarizə ofisinin təşkilidir. “Bu, hüquq mühafisə agentliyi olmalıdır. Məqsədi də aydın olmalıdır. Bu təşkilat hakimiyyətdən sui-istifadə, fondların oğurlanması kimi siyasi korrupsiyanı araşdırmalıdır.”

Kolenyukun bildirdiyinə görə, əsas 3 qanun nəzərə alınmalıdır.Dövlət alqılarında ictimai şəffaflıq, dövlətin daşınmaz əmlakına dair qeydiyyat barədə qanunun qəbulu, onların kimə məxsus olduğu və ya kimlər tərəfindən nəzarət edildiyinə dair korrupsiya sihanısının tutulması. “Ukraynanın sistemi dəyişmək üçün özünəməxsus şansı var. Korrupsiya qanunlardan istisnadır. Lakin qanun deyil. Vətəndaş cəmiyyətinə xarici hökumətlər və ya beynəlxalq təşkilatlar tərəfindən təzyiq göstərilmədən hökuməti dəyişmək mümkün olmayacaq.”

Prezident Poroşenko 2014-cü ilin sonunadək parlament seçkiləri keçiriləcəyini bəyan edib. Lakin ekspertlər seçkilərin daha tez keçirilməsinə çağırır.
XS
SM
MD
LG