Accessibility links

Avropa İttifaqı Ukraynaya yardım etməyə söz verib


Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton prezident Viktor Yanukoviçin hakimiyyəti devrildikdən sonra yeni hökumətin formalaşdırıldığı Ukraynaya güclü beynəlxalq dəstək veriləcəyinə söz verib.

Ketrin Eşton bu açıqlamanı Kiyevə səfəri zamanı mətbuat konfransında verib. O, qərb maliyyə təsisatlarının üç ay davam edən siyasi etiraz aksiyalardan sonra zəifləyən Ukrayna iqtisadiyyatının bərpasına kömək etmək istiqamətində işlədiyini deyib.

Ketrin Eşton eyni zamanda, Rusiyanı Ukraynaya siysi böhrandan çıxış yolu tapmaq üçün imkan verməyə çağırıb.

Ukrayna parlamenti yeni milli birlik hökumətinin tərkibini müəyyən etmək üçün planları cümə axşamınadək təxirə salıb.

Parlamentin sözçüsü və müvəqqəti prezident Oleksandr Turçinov bu barədə çərşənbə axşamı bəyanat verib.

Təxirə salınma məsələyə dair məsləhətləşmələri davam etdirməyə imkan verir.

ABŞ dövlət katibinin müavini Vilyam Börnsün bu gün Ukraynaya səfəri gözlənilir. Onun müvəqqəti prezident Turçinov və parlament üzvləri ilə görüşü gözlənilir.

Dövlət Departamenti Börnsün Ukraynanın yeni hökumətini may ayında azad və ədalətli prezident seçkilərinin keçirilməsi istiqamətində vacib addımlar atmağa çağıracağını deyib.

Bazar ertəsi müvəqqəti hökumət devrilmiş prezident Yanukoviç və digər rəsmilərin həbsinə order verib. Onlar hökumət əleyhdarı nümayişçilərin kütləvi şəkildə qətlində ittiham olunurlar.
XS
SM
MD
LG