Accessibility links

Ukrayna Maydan hadisələri qurbanlarının xatirəsini anıb [Video]


Ukrayna Maydan hadisələri qurbanlarının xatirəsini anıb
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Ukraynanın şərqində zorakılıqlar bir qədər ara verdikdən sonra yenidən vüsət almağa başlayıb. Donbasdan alınan son məlumatlara görə, fevral ayının ortalarınadək qeydə alınan ölüm halları ötən ilin senytyabr ayına bərabər olub. Rusiyapərəst separatistlər iki il əvvəl prezident Viktor Yanukoviçin devrilməsindən sonra hökumət qüvvələri ilə döyüşlər aparır.

Ukraynalılar Kiyevdə Yanukoviçin devrilməsindən sonra baş qaldıran etirazlar və Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq nümayişlərinin ikinci ildönümünü qeyd edib. Maydanda iki il əvvəl həlak olanların xatirəsi anılıb, gül-çiçək dəstələri qoyulub.

"Mən bura iki il ‘vvəl həlak olanaarı anmaq üçün gəlmişdim/ Amma daha bir inqilabın başlanğıcına şahid oldum."

Meydanda çadır quranlar hazırkı hökumətə etirazını bildirib.

"Bizim 3 tələbimiz var-Yatsenyuk hökumətinin istefası, Maydan hərəkatı fəallarının qətllərinin araşdırlması və fəalların siyasi motivlərlə cəzalandırılmaması."

Millətçilərin Rusiya tanklarına qarşı vandalizmi zorakılıqların baş qaldırmasına yol açıb. Ukraynanın digər şəhərlərində Rusiyanın Krımı ilhaqı əleyhinə qəzəb nümayiş etdirilib.

Almaniya və Fransanın Kiyevə səfər edən xarici işlər nazirləri Ukrayna liderlərini davamlı sülhün əldə edilməsi üçün islahatlar keçirilməsinə çağırıb. Ötən il Minsk görüşü zamanı əldə edilən islahatlar barədə razılığın həyata tətbiqi siyasi sabitsizlik səbəbi ilə yubadılır. Bu ay Yatsenyuk hökuməti etimadsızlıq səsverməsindən çətinliklə yaxa qurtara bilib.

Avropa İttifaqı rəsmiləri Ukraynada sabit gələcəyin vacibliyini vurğulayır.

Almaniyanın xarici işlər naziri Frank Uolter Steyinmeyer: " Ölkədaxili islahatlar öhdəliyinə sadiq qaldığınızı bilirik. Əminəm ki, Beynəlxalq Valyuta Fondunun bildirdiyi kimi, Ukraynada siyasi sabitlik bərqərar edilsə, o ölkəyə dəstək vermək mümkündür.”

Siyasi qalmaqal və şərq regionunda zorakılıqlar Ukrayna iqtisadiyyatına tənəzzül yaşadır.

Bundan əlavə Kiyevin boynuna Şərqi Ukrayna və Krım qaçqınlarının ağır yükü də düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG