Accessibility links

Ukrayna rəsmiləri Rusiya gələn konvoyun yoxlanışına başlayıb. Moskva deyir ki, konvoy Ukraynanın şərqində münaqişə zonasına humanitar yardım aparır. Rəsmi Kiyev narahatdır ki, Moskva konvoydan istifadə edərək gizli hərbi müdaxilə həyata keçirə və ya son günlər ağır itkilər verən Rusiya tərəfdarı separatçıları yenidən silahla təmin edə bilər.

Dünən Britaniya mediası Rusiyanın çoxsaylı silahlı personalını daşıyan hərbi maşınlar və başqa zirehli maşınların Ukrayna sərhədini keçməsi barədə məlumat yaymasından sonra narahatlıqlar daha da artıb.

The Telegraph The Guardian qəzetləri yazır ki, Rusiyanın hərbi maşınları Rusiya konvoyunun yoxlanış üçün saxlanıldığı ərazidən 30 kilometr aralıda müşahidə edilib.

Nə Rusiya, nə də Ukrayna tərəfi məlumatı təsdiq edib. Moskva uzun müddətdir Ukraynadakı separatçıları silahla təmin etməkdə günahlandırılır.

Rusiya birbaşa silahlandırmanı rədd edərək bildirir ki, 300 yük maşını yalnız Ukraynanın şərqində ehtiyacı olan insanlara yardım aparır.

XS
SM
MD
LG