Accessibility links

Ukrayna məmurlarının əmlak deklarasiyaları ölkədə korrupsiyanın miqyasını göstərir [VİDEO]


Ukrayna məmurlarının sərvətləri
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Ukrayna məmurlarının sərvətləri

Ukraynada yüksək səviyyəli rəsmilərin öz əmlakını bəyan etmək kimi məsuliyyəti nəzərdə tutan qanunun qəbul edilməsi ölkədə hakimiyyət nümayəndələrinin böyük sərvətlərə malik olduğunu göstərir. Təkcə Nazirlər kabinetinin üzvlərində 7 milyon nağd pul olduğu aşkar edilib. Parlament üzvləri lüks avtomobillər, bahalı saatlar və incəsənət əsərlərinə malik olduqlarını bəyan ediblər. Təhlilçilərin sözlərinə görə, bu, korrupsiya ilə mübarizədə Ukrayna qarşısında uzun bir yol olduğuna işarə edir.

2014-cü ildə kütləvi oyanış və bunun ardınca o zamankı prezident Viktor Yanukoviçin hakimiyyətdən devrilməsi ilə Ukraynada təmiz siyasət kimi yeni bir dövrün başlanması gözlənilirdi. Lakin hazırkı deputatlar və yüksək səviyyəli məmurların malik olduqları sərvətləri açıqlaması Kiyevin Azadlıq meydanında barrikadalar arxasında dayanan bir çoxlarının ümidlərini puça çıxarıb.

Ukrayanın baş naziri Volodimir Qroysman
Ukrayanın baş naziri Volodimir Qroysman

“Yeni insanların seçilməsi və hakimiyyətə gəlməsi üçün Meydanda yüzlərlə insan həyatını itirdi. İndi bu deklarasiyalara baxanda görürsünüz ki, bunlar yeni insanlar deyil. Bu insanların böyük əksəriyyəti hələ də orada pul xatirinə oturub”-deyə Korrupsiya Əleyhinə Aksiya Mərkəzi qeyri-hökumət təşkilatının nümayəndəsi Oleksandra Ustinova bildirib.

Təkcə Ukraynanın Baş naziri Volodimir Qroysman öz evində 1,6 milyon dollar pul saxladığını elan edib.

Bu insanların belə sərvətlər yığa bilməsinin bir səbəbi də ədliyyə sisteminin işləməməsi ilə bağlıdır. Ukraynada milyonçu olan 50-dən çox hakim var. Sistem dərin köklərə malikdir və hər yerə gedib çıxır, burada söhbət təkcə bir hakimiyyət orqanından getmir.
Orisya Lutseviç

Ukraynalıların böyük əksəriyyəti deputatların çox zəngin olduğunu əvvəllər də bilirdi və müəyyən amnistiyanın olacağını gümann edir. Bu sözləri Chatham House təşkilatının nümayəndəsi Orisya Lutseviç deyir.

“Fikrimcə, bu, gələcəkdə həmin adamların böyük sərvətə malik olduqlarını bir daha elan edə bilməməsi üçün bir başlanğıc ola bilər.”

Belə bir şübhə var ki, bəzi qanunvericilər gələcəkdə qanunsuz əmlakı ört-basdır etmək üçün öz sərvətlərinin miqyasını bilərəkdən şişirdilmiş şəkildə göstərib. Lutseviçin sözlərinə görə, Ukrayna ədliyyə-məhkəmə sistemi korrupsiyanın aradan qaldırılması üçün gücləndirilməlidir.

“Bu insanların belə sərvətlər yığa bilməsinin bir səbəbi də ədliyyə sisteminin işləməməsi ilə bağlıdır. Ukraynada milyonçu olan 50-dən çox hakim var. Sistem dərin köklərə malikdir və hər yerə gedib çıxır, burada söhbət təkcə bir hakimiyyət orqanından getmir.”

Avropa İttifaqı əmlak bəyannaməsini maliyyə yardımının göstərilməsi və vətəndaşlara vizasız giriş hüququnun təmin edilməsi üçün bir şərt kimi irəli sürüb.

“Avropa İttifaqı burada dayanmamalıdır, çünki, sistemin dəyişməsinə nail olmaq üçün bu, Ukraynanın atmalı olduğu 10, ya da 20 addımdan iki və ya üç addımdır”-deyə Lutseviç bildirir.

Ukraynanın korrupsiya ilə mübarizə idarəsi daxil olmuş 100 mindən çox vergi bəyannamələrindəki məlumatları yoxlamalıdır.

XS
SM
MD
LG