Accessibility links

Ukrayna Krımla ticarəti yanvar ayından dayandırır


Simferopol yaxınlığında Stroqanovka kəndində elektrik stansiyası
Simferopol yaxınlığında Stroqanovka kəndində elektrik stansiyası

Ukrayna Rusiyanın işşal etdiyi Krım yarımadası ilə yanvar ayının ortalarından başlayaraq ticarəti dayandıracağını bildirib.

Baş nazir Arseni Yatsenyuk televiziya vasitəsilə verdiyi açıqlamada bildirib ki, ticarətə dair qadağa 30 gün ərzində başlayacaq və humanitar yardımdan başqa bütün digər sahələrə tətbiq ediləcək.

Baş nazir elektrik enerjisi təchizatı ilə bağlı qərarın da hələ verilmədiyini əlavə edib. “Elektrik enerjisi təchizatına gəldikdə bununla bağlı qərar Mili Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən çıxarılacaq”-deyə o bildirib.

Təxminən 2 milyon əhalisi olan Krımın elekrtik enerjisi və su təchizatı bütünlüklə Ukraynadan asılıdır.

Dekabrın 8-də Ukrayna yarımadaya elektrik enerjisinin verildiyi xətlərdə bir neşə partlayışdan sonra Krıma enerjini təchizatını qismən bərpa edib.

Krımın Rusiya tərəfdarı liderləri və Moskva elektrik enerjisi təchizatının kəsilməsinə görə Ukraynanın Qərbin dəstəklədiyi rəhbərliyinin məsuliyyət daşıdığını iddia edir. Kiyev bu iddiaları dəfələrlə rədd edib.

2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra Kiyev və Moskva arasında münasibətlərdə böhran Rusiya tərəfdarı separatçıların Ukraynanın şərqində iğtişaşları ilə daha da dərinləşmişdir.

XS
SM
MD
LG