Accessibility links

Ukrayna senator Makkeyni müşavir təyin edib


Ukrayna prezidenti Petro Poroşenko ABŞ-ın respublikaçı senatoru Con Makkeyni müşavir vəzifəsinə təyin edib.

Ukraynanın Qərb tərəfdarı rəsmiləri ölkədə ishalatların keçirilməsi və Ukraynaya qlobal dəstəyə nail olunması üçün müşavirlərdən ibarət şura yaradır.

Ukrayna prezidentinin mayın 14-də imzaladığı fərmanda Con Makkeynin İsveçin keçmiş Baş naziri Karl Bildtla şuranın üzvü olacağı deyilir.

İslahatlara dair Beynəlxalq Məsləhət Şurasına Gürcüstanın Qərb tərəfdarı keçmiş prezidenti Mixail Saakaşvili başçılıq edəcək. Şuraya həmçinin Avropa Parlamentinin üzvü Elmar Brok və iqtisadçı Anders Aslund daxil edilib.

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olmuş senator Con Makkeyn Tvitter səhifəsində yazdığı mesajda vəzifəyə təyin olunmasına görə qürur hissi keçirdiyini, lakin əvvəlcə Senat tərəfindən icazə almalı olduğunu bildirib.

Rəsmi Kiyev Ukraynanın şərqində Rusiya tərəfdarı üsyançılalara qarşı mübarizə aparır. Keçən il aprel ayından başlayan münaqişə nəticəsinə 6 mindən çox insan həyatını itirib.

Fevral ayında kövrək atəşkəsin əldə edilməsinə baxmayaraq, bölgədə zorakılıqlar davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG