Accessibility links

Ukrayna hökuməti ağır döyüşlərin nəticəsi olaraq Luqanskdakı polis idarəsinin ələ keçirildiyini bildirir. Bu şəhər son günlər qızğın döyüşlərə səhnə olub.

Ukraynanın şərqində separatistlər tərəfindən hökumətin Miq-29 döyüş təyyarəsi vurulub. Ordu sözçüsü deyib ki, pilot təyyarədən tullandıqdan sonra Luqansk bölgəsində xilas edilib.

Fransa xəbər agentliyinin verdiyi məlumta görə, Qırmızı Xaç Cəmiyyətinin rəsmiləri Rusiyanın Ukrayna sərhədləri yaxınlığına səfər edib. Məqsəd Rusiyanın humanitar yardım iddiası ilə Ukraynaya göndərdiyi yük maşınlarının yoxlanışıdır.

Yüklərin yoxlanmasına dair razılıq şənbə günü əldə edilib. Rusiyanın 300 yük maşınından ibarət maşın karvanı Kamensk-Şaxtinskidə dayanıb.

Moskva missiyasının humanitar məqsəd daşıdığını desə də, Kiyev və Qərb Rusiyanın separatistləri silahla təmin və ya Ukraynaya müdaxilə etmək niyyətindən şübhələnir.

Bu arada Rusiya, Ukrayna, Fransa və Almaniya xarici işlər nazirləri Ukraynada gərginliyi müzakirə etmək üçün görüş keçirir.

Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən görüşdən öncə Almaniya xarici işlər naziri Frank-Volter Ştaynmayer Bild qəzetinə deyib ki, o, danışıqların Ukraynanın şərqindəki zorakılıqlara son qoyulmasına kömək edəcəyinə ümid edir. O, habelə görüşün regiondakı insanlara humanitar yardım göndərilməsinə də yardım edə biləcəyini deyib.

XS
SM
MD
LG