Accessibility links

Ukraynanın nazirlər kabineti istefa verib


Ukraynanın baş naziri Mikola Azarov

Ukraynanın baş naziri Mikola Azarov

Ukrayna prezidenti Viktor Yanukovic baş nazir Mıkola Azarovun hökumətinin istefasını qəbul edib. Lakin prezident mübahisəli seçkilər və iqtisadi problemlərə etiraz edən nazirlərin yeni hökumətin təşkilinədək kabinetdə qalmasını istəyib.

Ukraynanın yeni parlamenti oktyabr seçkilərindən sonra ilk sessiyasını keçirməyə hazırlaşır.

Qərb müşahidəçiləri həbsinin sabiq baş nazir Yuliya Timoşenkonun seçkilərə qatılmasını imkansız etdiyi üçün seçkiləri ədalətsiz adlandırıb.

Onlar şəffaflıq və səslərin hesablanmasının qənaətbəxş olmadığını deyib.
Baş nazir vəzifəsinə kimin təyin ediləcəyi bəlli deyil. Lakin bəzi təthlilçilər prezidentin müttəfiqi, Mərkəzi Bankın direktoru Sergey Arbuzovun nominasiya ediləcəyini təxmin edir.
XS
SM
MD
LG