Accessibility links

Ukrayna münaqişəsində ölənlərin sayı 5 mini ötüb


Rusiyapərəst separatçıların lideri Aleksandr Zaxarçenko

Rusiyapərəst separatçıların lideri Aleksandr Zaxarçenko

BMT hesablamalarının rəsmi rəqəmlərdən daha yüksək olduğu bildirilir

Birləşmiş Millətlər Təşkilatının insan haqları agentliyi bildirir ki, Ukraynanın şərqində davam edən münaqişə nəticəsində ölənlərin sayı 5 minə çatıb.

Bu gün mətbuat katibi Rupert Kolvil müxbirlərə bildirib ki, BMT insan haqları agentliyinin hərbi əməliyyatlar başlayandan bəri olan hesablamaları ölənlərin sayının rəsmi rəqəmlərdən (5068) daha yüksək ola biləcəyini göstərir.

Rusiya prezidenti Vladimir Putin isə Ukrayna hökümətini ölkənin şərqində zorakılığın artmasında günahlandırıb. Cənab Putin bu açıqlamanı bu gün rəsmilərlə görüşü zamanı bildirib.

BMT son 9 gündə ölənlərin sayının 262 olduğunu bildirib.

Bundan əvvəl Rusiyapərəst separatçı lider Ukrayna höküməti ilə yeni sülh danışıqlarına getməyəcəyini bildirib. Əvəzinfə isə o, şərqdə daha çox ərazinin nəzarətini ələ keçirməyi vəd edib.

Rusiya xəbər agentliklərinin verdiyi məlumata görə, Donetsk şəhərindəki üsyançıların lideri Aleksandr Zaxarçenkonun qoşunlarının yenidən hücuma keçməyə hazırlaşdığını bildirib.

Dünən Donetskdə minomyot tərəfindən vurulan trolleybusda azı 13 nəfər həlak olub. Bu hadisə hər iki tərəfin bir-birini günahlandırmasına səbəb olub.

XS
SM
MD
LG