Accessibility links

Viktor Yanukoviçin yeri hələ də bəlli deyil

Ukrayna prezidenti Viktor Yanukoviçin yeri hələ də bəlli deyil. Sərhəd işçilərinin bildirdiyinə görə, hakimiyyətdən devrilən prezidenti aparacaq təyyarənin Kiyevi tərk etməsinə icazə verilməyib.

Bu gün paytaxt Kiyevdə müxalifət lideri Vitali Klitşko müxbirlərə deyib ki, Yanukoviç Ukraynadakı zorakılıqların məsuliyyətini üzərinə götürməlidir.

Eyni zamanda Ukrayna parlamenti Yanukoviçin vəzifəsindən uzaqlaşdırılması məsələsini səsə qoyub. Parlament bundan əlavə seçkilərin may ayının 25-də keçirilməsinə qərar verib və Oleksandr Turçınovu spiker təyin edib. O, müvəqqəti olaraq prezidentin səlahiyyətlərini yerinə yetirəcək.

Bu gün parlament birlik hökumətinin təşkilinə başlayıb.
XS
SM
MD
LG