Accessibility links

Ukraynada parlament seçkiləri keçirilib


Bu gün Ukraynada parlament seçkiləri keçirilib. Bu, Viktor Yanukoviçin hakimiyyətinə son qoyan fevral nümayişlərindən sonra keçirilən ilk seçkilərdir.

Ukraynada exit poll-a görə, prezident Petro Poroşenkonun siyasi bloku irəlidədir. Göstəricilər səslərin 23 faizinin bloka, 21.3 faizinin Xalq Cəbhəsi partiyasına verildiyini göstərir.

Müxalifət bloku, sabiq prezident Viktor Yanukoviçin partiyası səslərin 7.6 faizini əldə edib.

1991-ci ildə ölkənin müstəqillik əldə etməsindən bəri ilk dəfə olaraq Kommunist partiyası parlamanetdə təmsil olunmayacaq. Belə ki, kommunistlər 3 faizdən də az səs toplayıb.

Səslər Poroşenkoya separatistlərin mabarizəsinə son qoymaq və demokratik islahatlar həyata keçirmək üçün güclü mandat verə bilər.

Prezident Ukraynanın Avropa yolunda irəliləmək istədiyindən əminliyini dilə gətirib. Petro Poroşenko bildirib ki, islahatların həyata keçirilməsi Ukraynanın qələbəsi olacaq.

Rusiyanın ilhaq etdiyi Krım və Ukraynanın separatiastlərin nəzarətində olan şərq bölgəsində səsvermə keçirilməyib.

Rəy sorğularına görə, ukraynalılar iqtisadi və demokratik islahatların tərəfdarıdır.

Poroşenkonu dəstələyəcək parlamentin Moskva ilə əlaqələri daha da gərginləşdirəcəyi təxmin edilir.

Kiyev 3700-dən artıq insanın həlak olduğu münaqişədə Moskvanı separatistləri dəstəkləməkdə ittiham edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG