Accessibility links

Ukrayna parlamentində qalmaqal


Ukrayna parlamentində qalmaqal
Ukrayna parlamentində qalmaqal

İnsident zamanı bir neçə qanunverici ciddi xəsarət alıb

Ukrayna parlamenti dünən hakim və müxalif qanunvericilər arasında dava-dalaşa səhnə olub. İnsident müxalifət lideri və sabiq baş nazir Yuliya Timoşenkoya qarşı cinayət işi başladılması ilə bağlı qərarın açıqlanmasından bir gün sonra baş verib. Rəsmilər deyir ki, qalmaqal müxalif qanunvericilərin xanım Timoşenkoya qarşı hüquqi addımların atılmasına etiraz olaraq sessiya otağını bağlayaraq heç kəsi içəri buraxmayıblar. Hakim partiyanı təmsil edən qanunvericilər isə qıfılı sındıraraq içəri daxil olub və bu zaman iki franksiya arasında dava-dalaş başlayıb. İnsident zamanı bir neçə qanunvericinin ciddi xəsarət aldığı, hətta onlardan birinin parlament binasından xərəkdə çıxarıldığı bildirilir.

XS
SM
MD
LG