Accessibility links

Ukraynada gecə qarşıdurmalarından sonra təhlükəsizlik qüvvələri mərkəzi meydandan geri çəkilib.

Dünən gecə Kiyevin bələdiyyə idarəsində tərəflər arasında qarşıdurma baş verib. Polis dəyənəklərlə nümayişçiləri binadan çıxarmağa çalışıb.

Nümayişçilər isə polisə su şlanqları ilə cavab verib. Daha əvvəl isə təhlükəsizlik qüvvələri çadırlar qurulan meydana hücum edərək, çadırları dağıdıb.

ABŞ Dövlət Departamenti Ukraynanın səlahiyyətli nümayəndələrinin ikrah doğuran hərəkətlərini qınayan bəyanatla çıxış edib.

Baş verənlərdən sonra Ukrayna prezidenti Viktor Yanukoviç etirazçılara qarşı gücdən istifadə olunmayacağını bəyan edib və müxalifəti görüşə dəvət edib.

Müxalifət prezident hökuməti burqaxmayınca, siyasi məhbusları azad etməyincə və nümayişçilərə qarşı zorakılıq tətbiq etmiş polis zabitlərini cəzalandırmayınca, hökumətlə heç bir danışıqlara getməyəcəyini bildirib.
XS
SM
MD
LG