Accessibility links

Exit-poll Poroşenkonun Ukraynada prezident seçkisinin qalibi olduğunu göstərir


Petro Poroşenko

Petro Poroşenko

Ukraynada prezident seçkisində exit poll-un nəticələrinə görə, milyardçı iş adamı Petro Poroşenko birinci turda qələbə əldə edir. Seçicilərin 55 faizinin səslərini ona verdiyi deyilir. Keçmiş baş nazir Yuliya Timoşenkonun təxmin edildiyi kimi ikinci yerdə gələrək səslərin 12 faizini aldığı bildirilir.

Prezident seçkisinin tam nəticələri bazar ertəsi günü elan ediləcək.

Bazar günü səsvrmə keçən başlayan və aylardır davam edən etiraz nümayişləri, Rusiya tərəfdarı prezident Viktor Yanukoviçin hakimiyyətdən devrilməsi, Rusyianın Krımı ilhaq etməsi və ölkənin şərq bölgələrində zorakılıqların baş verdiyi hadisələrin zirvəsi kimi qiymətləndirilir.

Seçki rəsmiləri seçici fəallığının yüksək olduğuna ümid bəsləsə də, Rusiya tərəfdarı silahlı separatçıların ölkənin şərqində seçki məntəqələrinə girişi bağladığı bildirilir.

Rusiya prezidenti Vladimir Putin Ukraynada seçkinin nəticələrini tanıyacağını deyib. O, eyni zamanda, Ukraynanın yeni hökumətinin ölkənin şərqində separatçılara qarşı hərbi əməliyyatlara son qoyacağına ümid bəslədiyini bildirib.
XS
SM
MD
LG