Accessibility links

Ukrayna prezidenti Yuliya Timoşenkonun məhkəmə işinə müdaxilə çağırışlarını rədd edib


Ukrayna prezidenti Yuliya Timoşenkonun məhkəmə işinə müdaxilə çağırışlarını rədd edib

Ukrayna prezidenti Yuliya Timoşenkonun məhkəmə işinə müdaxilə çağırışlarını rədd edib

Ukrayna prezidenti Viktor Yanukoviç sabiq baş nazir və siyasi rəqibi Yuliya Timoşenkonun məhkəmə işinə müdaxilə etməsi barədə çağırışları rədd edib. Bir çox qərb ölkələri Yuliya Timoşenkoya qarşı ittihamaların siyası motivlərə əsaslandığını deyərək, prezident Yanukoviçi tənqid edir.

Çex Respublikasının prezidenti Vaslav Klausun şəxsən yazdığı məktuba cavab olaraq cənab Yanukoviç Timoşenkonun məhkəmə işinə müdaxilə etməyəcəyini bildirib və müdaxiləni qəbuledilməz adlandırıb. Cənab Yanukoviç Ukrayna məhkəməsinin müstəqil və qərəzsiz olduğunu deyib.

Timoşenkoya qarşı ittihamlar 2009-cu ildə əldə olunmuş razılaşma ilə əlaqədardır. Bunun nəticəsində Rusiya Ukraynaya qaz ixracını dayandırmışdı. Proqurorlar Yuliya Timoşenkonun sözügedən razılaşmanı imzalamadan əvvəl hökumətlə məsləhətləşmədiyyinə görə qanunu pozduğunu deyirlər. Onlar ölkənin xeyrinə olmadığını irəli sürdükləri razılaşmanın Ukraynaya 190 milyon dollara başa gəldiyini irəli sürürlər. Bir həftədir həbsdə olan Yuliya Timoşenko özünə qarşı ittihamları rədd edir.

XS
SM
MD
LG