Accessibility links

Putinin qeosiyasi şahmat oyununa çevrilən Ukrayna strategiyası nə ola bilər? [Video]


Putinin qeosiyasi şahmat oyununa çevrilən Ukrayna strategiyası nə ola bilər?
please wait

No media source currently available

0:00 0:03:28 0:00
Rusiyanın Krımı ilhaqından sonra Qərbi Kremlin atacağı növbəti addımları düşündürür. ABŞ və Britaniyanı Rusiya qoşunlarının Ukrayna sərhədlərinə yerləşdirilməsi narahat edir. Şəqrlə Qərb arasında geosiyasi şahmat oyununa çevrilən Putin strategiyası nə ola bilər?

Rusiya qüvvələri Ukraynada sabitsizlik yaratmağa çalışır. Bu, ABŞ və Britaniyanın iddialarıdır. Lakin Rusiyanın xarici işlər naziri bu iddiaları rədd edir.
"Biz əminik ki, Ukrayna rəsmiləri cənub-şərqi regionların maraqlarına məhəl qoymasa vəziyyəti sakitlərşdirmək mümkün olmayacaq."

Moskva minlərlə əsgərdən ibarət qoşununu Ukraynanın şərq sərhədlərinə yerləşdirib.Rusiya Ukraynaya daxil olmaq niyyəti olmadığını desə də, Ukraynadakı rusları müdafiə etmək hüququna malik olduğunu bildirir.

Təhlilçi İrina Tımşinzın deyir ki, Rusiyanın mandatı aydındır.“Rusiya strategiyası onun Sovet İttifaqını bərpa etmək olduğunu aydın göstərir. Putin özünü rus torpaqlarının kollektoru hesab edir. Rus torpaqları dedikdə o, Ukrayna kimi ölkələri nəzərdə tutur. Belə ki, Rusiya Ukraynanı müstəqil dövlət kimi tanımır.”


Ukrayna parlamentində isə qanunvericilər sərhəd regionlardakı gərginliklər bağlı müzakirələr zamanı kommunistlərlə əlbəyaxaya çıxıb.Prezident Oleksandr Turçinov: "Ölkəmizə qarşı planlaşdırılmış və koordinasiya edilmiş provokasiya kampaniyasına start verilib. Bu kampaniya Rusiyanın kəşfiyyat xidməti tərəfindən planlaşdırılıb."

Kommunist Petro Simonenko partiyasının rəhbəri isə bu açılamaya irad tutaraq, Ukrayna rəsmilərini xalqın iradəsinə əhəmiyyət verməməkdə günahlandırıb.
"Mühüm məsələ Ukrayna rəsmilərinin iğtişaşlara yol verilməməsi üçün nə etdikləri sualına cavab verməkdir. Vətəndaşların tələbindən başlayaq. Bunlar Luqansk, Donetsk və digər regionda yaşayan insanlardır.Onların hansı hüquqları müdafiə olunub?"

Xarkov şəhərinin sakinləri arasında da parçalanma mövcuddur.

İrina Tımşinzın bunula tamamilə razıdır. "Hazırkı anda Qərb Putinin əməllərinə dair çox da kəskin olmayan mesajlarla çıxış edir. Bu isə Putin üçün heç nədir. O düşünmür ki, veriləcək cavab bona ziyan vura bilər.”

Rusiya ilə Ukrayna arasında geosiyasi şahmat oyunu qalibin kim olacağına dair heç bir fikir olmadan davam edir.Təhlilçilər isə Putinin may ayı seçkilərindən əvvəl vəziyyətdən qalib çıxacağını düşündüyünü deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG