Accessibility links

Ukraynan təhlükəsizlik qüvvələri Donetsk regionunun Mariupol limanına nəzarəti yenidən ələ keçirib. Limanın nəzarəti bir neçə dəfə əldən-ələ keçib.

Daxili işlər naziri Arsen Avakov bildirib ki, qüvvələr şəhərin bələdiyyə binasında Ukrayna bayrağını yüksəldib.

Hazırda Mariupolda olan Rusiyapərəst separatçılar döyüşlər zamanı beş üzvlərinin həlak olduğunu xəbər verib.

Separatçılar bildirib ki, Donetsk şəhərində üsyançıların lideri Denis Puşilinin avtomobili şəhərin mərkəzində patladılaraq üç cangüdəni yaralayıb.

Üsyançılar deyib ki, partlayış zamanı Donetsk Xalq Respublikasının liderlərindən biri Puşlin avtomobilin içində olmayıb. Hadisə separatçıların zəbt etdikləri binanın önündə baş verib.

Daxili işlər naziri Rusiyanı üç tankın üsyançıların nəzarətində olan Ukrayna sərhəd keçid məntəqəsindən keçməsinə icazə verməkdə ittiham edib.

Ukrayna prezidenti Petro Poroşenkonun sözçüsü bildirib ki, Ukrayna lideri telefon vasitəsi ilə cənab Putinə sərhəddə baş vermiş qanunsuz keçidin qəbuledilməz olduğunu deyib.

NATO-nun baş katibi Anders Foq Rasmussen separatistlərin tanklar və zirehli maşınlar daxil edilməklə, ağır silahlar əldə etməsinin Ukraynanın şərq regionundakı bğhranı ciddi şəkildə dərinləşməsinə yol açacağını bildirib.
XS
SM
MD
LG