Accessibility links

Ukrayna qoşunları ölkənin şərqində o qədər də böyük olmaya hava limanına nəzarəti yenidən geri alıb. Bu, rusiyapərəs nümayişçilərinin hökumət binalarını ələ keçirməsindən sonra Ukrayna qüvvələrinin ilk hərbi əməliyyatıdır.

Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turçinov deyib ki, ələ keçirilən aerport Rusiya sərhədindən 160 kilometr qərbdə Kramatorsk şəhərindədir. Hava limanın keçən həftənin bazar günündən separatçıların nəzarətində idi.

Rusiyapərəst silahlı qruplaşma Ukraynada ən az 9 məkanı ələ keçirib.

Ağ Ev sözçüsü Cey Karni deyib ki, Birləşmiş Ştatlar Ukraynanın separatçıların ələ keçirdiyi binalarla bağlı götürdüyü ölçülərə görə təşəkkürünü bildirir. O, Vaşinqtonda jurnalistlərə bildirib ki, ABŞ məsləhətləşmələri davam etdirsə də, hökumət binaları ilə bağlı hadisənin cavab verilməsi vacib olan məsələ olduğunu qəbul edir.
XS
SM
MD
LG