Accessibility links

Ukrayna Avropa İttifaqı ilə razılığı imzalamayacaq


Ukraynanın Nazirlər Kabineti Avropa İttifaqı ilə ticarət və əməkdaşlıq razılığının imzalanmasına hazırlıqların təxirə salındığını bəyan edib.

Baş nazir Mıkola Azarov deyib ki, proses Ukraynanın milli maraqları nəzərə alınaraq dayandırılıb. Razılıq gələn həftə Litvanın paytaxtı Vilnüs sammitində imzalanmalı idi. O, Rusiyanın başçılığı ilə Belarus və Qazaxıstanın daxil olduğu Gömrük birliyi ilə bağlı müzakirələrə başlanacağını bildirib.

Ukraynanın Nazirlər Kabineti ticarət razılığını müzakirə etmək üçün Avropa İttifaqı, Rusiya və Ukrayna rəsmilərindən ibarət xüsusi komissiyanın təsisinə çağırıb.

Bu gün səhər Ukrayna parlamenti sabiq baş nazir Yuliya Timoşenkonun azad edilməsinə dair qərarın təsdiqini rədd edib.
XS
SM
MD
LG