Accessibility links

Ukraynanın paytaxtında nümayişlər davam edir


Nümayişçilərlə polis arasında qarşıdurma olub. Aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edilib

Ukraynanın paytaxtında nümayişlər artıq bir neçə gündür ara vermir. Nümayişçilərlə polis arasında qarşıdurma olub. Aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Dünən on minlərlə ukraynalı hökumətin Avropa İttifaqı ilə ticarət razılığını imzalamaması qərarına etiraz olaraq, Kiyevdə aksiya keçirir.

Şəhərin Avropa meydadına doğru irəliləyən nümayişçilər əllərində Ukrayna və Avropa İttifaqının bayraqlarını qaldırıb, hökumət əleyhinə şüarlar səsləndirib.

Şəhərə minlərlə iğtişaş polisi yerləşdirilib.

Hökumət binasına daxil olmağa cəhd edən nümayişçilərlə polis arasında qarşıdurma olub.

Kiyevin digər bölgəsində isə hökumətin tərəfdarları aksiya keçirərək, hökumətin qərarına dəstək nümayiş etdirib.

Ukraynanın Nazirlər Kabineti Avropa İttifaqı ilə ticarət və əməkdaşlıq razılığının imzalanmasına hazırlıqların təxirə salındığını ötən həftə bəyan edib.

Baş nazir Mıkola Azarov deyib ki, proses Ukraynanın milli maraqları nəzərə alınaraq dayandırılıb. Razılıq Litvanın paytaxtı Vilnüs sammitində imzalanmalı idi. O, Rusiyanın başçılığı ilə Belarus və Qazaxıstanın daxil olduğu Gömrük birliyi ilə bağlı müzakirələrə başlanacağını bildirib.

Ukrayna parlamenti sabiq baş nazir Yuliya Timoşenkonun azad edilməsinə dair qərarın təsdiqini rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG