Accessibility links

Şərqi Ukraynada Rusiya tərəfdarı separatçılar prezident Vladmiir Putinin səsverməni təxirə salmaq çağırışına baxmayaraq, referendumu keçirmək əzmində olduqlarını bildiriblər.

Donetsk və Luqanskda Rusiya tərəfdarı separatçıların nümayəndəlri referendumun əvvəl müəyyən edildiyi kimi bazar günü mayın 11-də keçiriləcəyini deyiblər.

Rusiyanın RİA Novosti dövlət xəbər agentliyi özünü Donetsk Xalq Respublikası elan etmiş qurumun lideri adlandıran Denis Puşilinə istinadən xəbər verib ki, respondentlərdən müstəqil respublikaya dəstək verib-vermədikləri soruşulacaq.

Luqansk sakinlərinin də Luqansk Xalq Respublikasının yaradılmasını dəstəkləyib-dəstəkləmədikləri sualına cavab verəcəyi bildirilir.

Separatçıların region boyu səverməni təşkil edə bilib-bilməyəcəkləri müəyyən deyil, belə ki bu yaxınlarda keçirilmiş sorğuya əsasən Ukraynanın şərq bölgələrinin sakinlərinin 70 faizi Ukraynanın tərkibində qalmaq istədiyini bildirib.
XS
SM
MD
LG