Accessibility links

Müxalifət parlamentin Ukrayna ərazisində rusların daha sıx yaşadığı ərazilərdə rus dilini regional dil kimi təsdiq etməsinə kəskin etiraz edir

Artıq iki gündür ki, bir neçə yüz insan Ukraynanın paytaxtı Kiyev şəhərində parlamentin Ukrayna ərazisində rusların daha sıx yaşadığı ərazilərdə rus dilinin regional dil olmasını təsdiq etməsinə etiraz edirlər.

Ukraynanın şərqində yaşayan rusdilli əhalinin dəstəyini almış prezident Viktor Yanukoviçin tərəfdarları qanun layihəsini parlamentdən çərşənbə axşamı keçiriblər.

Parlamentin spikeri Vladimir Litvin daha sonra vəzifəsindən istefa verdiyini bildirərək, səsvermənin qanunsuz olduğunu deyib. Qərara qarşı çıxan bəzi müxalifətçilər aclıq elan ediblər.

Çərşənbə günü qarşıdurma şəhərin mərkəzindəki hökumət binasının hüdudlarından kənara çıxıb.

Həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenko tərəfdarlarına qanun layihəsinə etiraz etməyi tövsiyə edib. Müxalif düşərgə qanun layihəsinin Sovet İttifaqından müstəqil olduqdan 20 il sonra ölkənin suverenliyini təhdid etdiyini və ukrain dilini effektiv şəkildə mərhələli olaraq sıxışdıracağını deyirlər.
XS
SM
MD
LG