Accessibility links

Sabah 4 ölkə Ukraynada gərginliyi müzakirə edəcək


Rusiya, Ukrayna, Fransa və Almaniya xarici işlər nazirlərinin Ukraynada gərginliyi müzakirə etmək üçün sabah görüş keçirəcəyi gözlənilir.

Görüşün Almaniya paytaxtı Berlin şəhərində baş tutması planlaşdırılır. Almaniya xarici işlər naziri Frank-Volter Ştaynmayer Bild qəzetinə deyib ki, o, danışıqların Ukraynanın şərqindəki zorakılıqlara son qoyulmasına kömək edəcəyinə ümid edir. O, habelə görüşün regiondakı insanlara humanitar yardım göndərilməsinə də kömək ola biləciyini deyib.

Qeyd edək ki, bu gün Fransa prezidenti Fransua Oland Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso ilə görüşüb. Görüşdən sonra cənab Oland Rusiyanı Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb. Fransa prezidenti Ukrayna tərəfini isə hərbi fəaliyyətlərini tənzim etməyə səsləyib. Onun sözlərinə görə, Fransa məsələ ilə bağlı yeni zirvə toplantısı keçirməyə hazırdır və sabahkı görüş bu istiqamətdə ilk addım ola bilər.

XS
SM
MD
LG