Accessibility links

Qərb və Rusiya arasında inamsızlıq qlobal təhlükəsizliyə hədədir [Video]


Qərb və Rusiya arasında Moskvanın Ukraynadakı aqressiv əməllərinə görə yaranan dərin inamsızlıq qlobal təhlükəsizliyi təhlükə altına alır. Rəsmilərin sözlərinə görə, münaqişənin bitməsində və ya pozulan münasibətlərin bərpa olunmasına heç bir irəliləyiş gözlənilmir.

Rusiya hərbi əməliyyatlarını genişləndirir... NATO isə Qara Dənizdə gücünü artırır.

Biz Rusiya ilə bir çox məsələ üzərində işləyirik və gələcəkdə işləmək istəyirik. Məsələn İran, Suriya və silahların yayılmaması. Bunlar vacib məsələlərdir. Amma nəticə əldə etmək üçün bizim tərəfdaşımız istəkli olmalıdır

Hökümət qoşunları və Rusiyapərəst üsyançılar Şərqi Ukraynanın hər yerini dağıdıblar. Atışmalar hələ də davam etdiyi üçün isə fevralda Minskdə əldə olunan atəşkəsə riayət olunmur.

Ukraynada baş verənlər Qərb və Rusiyanın gələcək münasibətlərinə təsir göstərir.

Bu həftə Vaşinqtonda ATƏT-in rolu üzərində keçirilən forumda, ABŞ Milli Təhlükəsizlik Şurasının əməkdaşı Selist Uallander Ukraynadakı separarçılara dəstək etməyə və silah göndərməyə davam etdiyi və beləliklə başlıca təhlükəsizlik məsələrində tərəfdarların inamını itirdiyi üçün Rusiyanı qınayıb.

“Biz Rusiya ilə bir çox məsələ üzərində işləyirik və gələcəkdə işləmək istəyirik. Məsələn İran, Suriya və silahların yayılmaması. Bunlar vacib məsələlərdir. Amma nəticə əldə etmək üçün bizim tərəfdaşımız istəkli olmalıdır.”

Ukraynanın ABŞ-dakı səfiri Aleksandr Motsik forum zamanı rusiyalı tərəfdaşı Sergey Kislyakın yanında əyləşib. Lakin ikili arasındakı uçurum və dərin inamsızlıq bariz olub.

“Bu müharibənin təsirlərinin Moldova və Gürcüstanda hiss olunmaması üçün müharibə dayandırılmalıdr. Müharibənin aqressiya qarşı təminatı olmayan Baltika və digər ölkələrə yayılmasının qarşısı alınmalıdır.”

“Aleksandrın iddia etdiyi -Rusiya Baltika dövlətlərinə təhlükə yaradır-kimi fikirlər əsilsizdir. Bu qeyri-mümkündür. Buna baxmayaraq isə, NATO bizim sərhədimizdəki fəaliyyətini artırmaq qərarına gəlib.”

Bütün tərəflər ATƏT nəzarətçilərindən münaqişə zonalarına tam girişin təmin olunmasını və Minks razılaşmasına riayət olunmasını istəyirlər.

Lakin Ukrayna və Qərb Rusiyanın girişə imkan vermədiyini deyirlər. Rusiya isə bu iddiaları rədd edir.

Gələn il ATƏT-ə sədrlik edəcək Almaniya Ukrayna müqaşisənin Trans-Atlantik təhlükəsizliyə zərər verdiyini və təşkilata çətinlik yaratdığını bildirib.

Avropanın təhlükəsizliyinin və inamın bərpa olunması məsələsinin dəfələrlə müzakirə olunacağı olduqca aydındır. Və təbii ki, Ukraynada baş verənlər ATƏT-in məqsədini, yəni tərəfdaşlıq və inamın bərpasını, şübhə altına alır

“Avropanın təhlükəsizliyinin və inamın bərpa olunması məsələsinin dəfələrlə müzakirə olunacağı olduqca aydındır. Və təbii ki, Ukraynada baş verənlər ATƏT-in məqsədini, yəni tərəfdaşlıq və inamın bərpasını, şübhə altına alır.”

ABŞ üçün isə bu, Rusiyaya sazişləri yerinə yetirəcək qədər etibar edib-etməmək məsələsidir.

“Avropanı bu qədər inkisaf etmiş və təhlükəsiz məkana çevirən nizam olduqca güclü və mühüm ölkənin əməllərinə görə təhlükə ilə üzləşəcəkmi?”

Bu sual Rusiya prezidenti Vladimir Putinin çərşənbə günü Rusiyanın Krımı ilhaq etməsinin ildönümünü qeyd etmək üçün təşkil etdiyi kütləvi mitinqdən sonra daha da aktuallaşıb.

XS
SM
MD
LG