Accessibility links

Ukrayna Rusiyanın Krımdajkı provokasiyasına hərbi yolla cavab verməyəcəyini bildirərək Rusiyanı bölgədən bütün hərbi fəaliyyətlərini dayandırmağa çağırıb.

Ukrayna baş naziri Arseni Yatsenyuk deyib ki, ölkəsi Rusiya ilə hərbi münaqişəyə getməyəcək.

Bununla yanaşı, Krımın yeni təyin edilmiş baş naziri Sergey Aksenov regionun bütün təhlükəsizlik qüvvələrinə nəzarət etdiyni bildirərək, RUsiya prezidentindən sülh və əmin-amanlığı bərpa etmək üçün yardım istəyib.

Aksenov deyib ki, hərbi qüvvələr tərkibində əmrləri yerinə yetirmək istəməyən hər bir komandır silahı yerə qoyub getməlidir. O, Rusiya prezidenti Vladimir Putindən istədiyi köməyin konkret nələri əhatə etdiyini deməyib.

Aksenov Ukraynada gərginliklər davam edən zaman bu həftənin əvvəli Krım parlamenti tərəfindən baş nazir təyin olunub.

Dünən Simforopol hava limanına enən Amerikanın Səsinin əməkdaşı Elizabet Arrot aerportda avtomatlarla silahlanmış maskalıların şahidi olub. O, hazırda vəziyyətin sakit olduğunu və hava limanlarının uçuşları qaydalara uyğun olaraq qəbul etdiyini bildirib.

Associated Press isə Ukrayna Sahil Sərhəd Mühafizə Xidmətinə istinadən bildirib ki, Ukrayna sahil müsafizəçiləri 30-a yaxın Rusiya dəniz qüvvəsi tərəfindən mühasirəyə alınıb. Bu barədə ətraflı məlumat verilməyib.
XS
SM
MD
LG