Accessibility links

Ukrayna Rusiya ilə yaxınlaşırmı?


Ukrayna prezidenti Viktor Yanukoviç keçmiş prezident Viktor Yuşçenkonun Rusiya ilə gərginləşdirdiyi əlaqələri yenidən bərpa etmək istiqamətində cəld addımlar atır.

Hakimiyyətə gəlməyinin üç ayı tamam olmamış Ukrayna prezidenti Viktor Yanukoviç keçmiş prezident Viktor Yuşçenkonun Rusiya ilə gərginləşdirdiyi əlaqələri yenidən bərpa etmək istiqamətində cəld addımlar atır. Cənab Yanukoviçin siyasəti tənqidçilər arasında təşvişə səbəb olub. Tənqidçilər bu addımın nəinki Ukraynanın milli maraqlarını sarsıdacağını, eyni zamanda ölkənin parçalanması istiqamətində addım olacağını bildirib.

Prezident Vikor Yanukoviç bu yaxınlarda Rusiyalı həmkarını Kiyevdə keçirilən forumda qarşılayıb. Çərşənbə axşamı keçirilən forumda hər iki ölkədən olan varlı biznesmenlər iştirak edib.

Gəmi və təyyarə istehsalı ilə məşğul olanlar Rusiya və Ukrayna arasındakı sıx əməkdaşlığı dəstəklədiklərini bildiriblər. Rusiya prezidenti Dmitri Medvediyev hər iki ölkənin vergi, gömrük, bank və sığorta qanunları sahələrini koordinasiya etməyi və vahid iqtisadi zona yaratmağı təklif edib.

Kiyev dövlət universitetində Kremlin lideri Ukraynanı Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatında (KTST) Rusiyaya qoşulmağa dəvət edib. Bu Rusiyanın baş naziri Vladimir Putinin iki ölkənin qaz şirkətlərini birləşdirmək haqda təklifdən sonra gəlib.

Cənab Yanukoviçin Rusiyanın hər təklifini dəstəkləyib-dəstəkləməməsi aydın deyil, lakin keçən ay Ukrayna prezidentinin Rusiyanın Qara dəniz donanmasının 2042-ci ilə qədər Ukraynanın Sevastopol portunda qalmasının əvəzində, 10 il ərzində Rusiya qaz idxalı qiymətənin 30% aşağı salınması haqda mübahisəli sazişi ciddi ziddiyyət yaratdı.

Prezident Yanukoviç ticarət forumunda söylədi ki, cənab Medvedyevlə onun birgə təşəbbüsü Qara dəniz hövzəsində və Moldova regionunda təhlükəsizliyin təmin olunmasıdır.

Cənab Yanukoviç deyir ki, hər iki lider qərarlarını bütün tərəflərin marağında olan əsaslar üzərində qurub. Lakin bir sıra tənqidçi Qara dəniz donanması sazişini Ukraynanın suverenliyinin pozulması kimi qəbul edir. Ukrayna parlamentinin sazişi müzakirələr keçirilmədən təsdiq etməsi keçən ay qanunvericilər tərəfindən şiddətli narazılıqla qarşılandı.Kiyev Dövlət Universitetində prezident Medvedyev tələbələrin hərbi dəniz donanması barədəki şübhələrini cavablandırdı.

Cənab Medvediyev deyir ki, gəlin açıq danışaq və retorik olaraq sual verək ki, Rusiya həqiqətən də Qara dəniz donanmasından qonşu ölkələrə hücuma üçün istifadə edəcək ya yox? O, cavab “xeyir”-dir və Rusiya sülhsevər ölkədir deyə əlavə edir.

Keçmiş Ukrayna baş naziri Yuliya Timoşenko isə bundan əmin deyil.O, London Times qəzetinə bildirib ki, Qara dəniz donanması haqda saziş Kramereyanın stabitliyinə mühüm təhlükədir və Yanukoviçin Moskva ilə münasibət qurmaq təşvişi Ukraynanın bölünməsinə gətirib çixara bilər.

Moskvanın Karnegi mərkəzindən siyasi təhlilçi Nikolay Petrov deyir ki, Avropa İttifaqının öz problemləri olduğu bir zamanda Ukraynanın yeni prezidentinə Ukraynanın iqtisadi problemləri miras qalıb. Petrov deyir ki, belə bir məqamda Ukrayna yalnız Rusiyaya istiqamətlənə bilər.Təhlilçi deyir ki, rəqabət aparmağa gəldikdə isə, rus şirkətləri Ukrayna bazarında və Rusiya şirkətləri ilə əməkdaşlığı inkişaf etdirmək barədə qanunvericiliyə dair suallar yaranacaq. O zaman fikir ayrılığı və zidziyyətlər aydın olacaq.

Ukraynada Razumkov mərkəzi tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsi göstərir ki, ukraynalılar Avropa Birliyi ilə inteqrasiyaya üstünlük verirlər. Mərkəzin beynəlxalq program üzrə rəhbəri bildirib ki, Avropa Birliyinə qatılmaq ölkənin bir nömrəli strateji məqsədi olmaqda qalır.

Viktor Yanukoviç 5 illik prezident dönəminin 3-cü ayındadır. Təhlilçilər Petrov və Pashkov razılaşır ki, Ukraynanın yeni lideri Rusiya ilə hazırki münasibətlərini zəiflədəcək və başqa istiqamətdə yönəldəcək.

Rusiyanın Ukraynanı təkliflərə basmasına baxmayaraq, Ukrayna Moskvayla məsafə saxlayır. Cənab Yanukoviç bildirib ki, Ukrayna bitərəf olmaqda davam edəcək. Bu isə o deməkdir ki, Ukrayna nə NATO-ya, nə də Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatına qoşulacaq.

Ukrayna rəsmiləri cənab Putinin Rusiya və Ukrayna qaz şirkətlərini birləşdirmək barədə təklifinə də təlaşsız yanaşmışlar.

Çərşənbə günü Ukrayna qanunvericiləri Qara dənizdə ABŞ dəniz hərbi qüvvələri tərəfindən aparılan Si- Briz adlı çox millətli hərbi təlimlərin lehinə səs veriblər. Si-Briz təlimləri Ukrayna parlamentindəki müxalif qüvvələrə görə keçən il ləğv olunmuşdur. Rusiya xarici ölkələrin hərbi gəmilərini Qara dənizdə yerləşdirilməsinə etirazını bildirib.

XS
SM
MD
LG