Accessibility links

Ukrayna müharibəsinin qaçqınları [Video]


İki il bundan əvvəl Rusiyanın dəstəklədiyi qüvvələr Ukraynanın şərqində hökumət binalarını zəbt etdiyi vaxt çoxları bunun çox uzun sürməyəcəyini düşünürdü. Hadisələrdən iki il sonra Rusiyanın münaqişəyə müdaxiləsinin qarşısının alınması üçün Qərbin tətbiq etdiyi sanksiyalar və sülh razılaşmalarına baxmayaraq, müharibə dövrü didərgin düşmüş insanlar hələ də evlərinə qayıtmaq ümidi ilə yaşayır.

Viktoriya Vasilevskaya 2014-cü ildə Luqansk şəhərindən Kiyevə köçəndə o tezliklə geri qayıdacağını düşünürdü.

Viktoriya Vasilevskaya: “Səhər saat 4 radələrində mənim dostum zəng etdi və dedi ki, Viktoriya, vəziyyət çox təhlükəlidir, zirehli maşınlar gəlir. Mən nəyə görəsə düşünürdüm ki, iki həftə içərisində hər şey həll olacaq, hər şey yaxşıya doğru gedəcək.”

Viktoriya, onun həyat yoldaşı və uşaqları münaqişə nəticəsində evlərindən didərgin düşmüş 1.4 miliyon qaçqından biridir.

O dermatoloqdur. Lakin indi Donbas və Krım regionundan gəlmiş insanlara kömək edən mərkəzdə işləyir. Onun burada qarşılaşdığı həmrəylik atmosferi böhranlı vəziyyəti asanlaşdırır.

O, Luqanska qayıdacağına inanmır.

Viktoriya Vasilevskaya: “Əgər siz mənə bu sualı bir il əvvəl versəydiniz, mən sizə hazır olduğumu deyərdim. Tez hazırlaşıb, eve getməyə hazıram deyərdim. Lakin bu gün mən sizə əminliklə deyərəm ki, bizim qayıtmağımız bir neçə il çəkəcək.”

Mərkəzə hər gün yeni müraciətlər qəbul olunur.

Onlar münaqişə zonalarını tərk etsə də hələ də keçidikləri şok və trauma ilə yaşayır.

Viktor Tukaylo: “Bizdən heç kim düşünməzdi ki, başımıza belə iş gələcək. Bilmirəm nə üçün lakin əminəm ki, bizim taleyimiz belə olmamalıydı.”

Hamı bir gün evlərinə qayıdacağına inanır.

Viktoriya Vasilevskaya: “Biz oraya ancaq hər şey Ukraynanın nəzarətinə keçsə qayıdarıq.”

Şərqdə gedən müharibənin dayanacağına işarə yoxdur. Evlərindən didərgin düşmüş insanlar isə artıq yeni reallığı qəbul etməyə başlayır-vəziyyətin normallaşması illər sürə bilər.

XS
SM
MD
LG