Accessibility links

Barak Obama: Rusiya qüvvələrini Ukrayna sərhədlərindən geri çəkməlidir


ABŞ prezidenti Barak Obama Rusiyanı qüvvələrini Ukrayna sərhədlərindən geri çəkməyə və gərginliklərin azaldılması üçün dialoqa çağırıb.

CBS xəbər agentliyinə müsahibəsi zamanı Barak Obama deyib ki, Rusiyanın bu əməli Ukraynanı qorxutmaqdan başqa bir şey deyil. Lakin o, Rusiyanın başqa planları ola biləcəyini də istisna etməyib.

Ukraynanın Milli Təhlükəsizlik Şurasının rəhbəri Abdriy Parubıy Rusiyanın 100 min nəfərlik qüvvələrini Ukraynanın cənub, Şərq və şimal sərhədlərinə yerləşdirdiyini bildirib. O, Rusiya qüvvələrinin hücuma keçmək üçün ham hazır vəziyyətə gətirildiyini deyib.

Rusiya isə əsgərlərin yaz təlimlərində iştirak etdiyini bildirərək, ABŞ-ı onların sərhədləri keçməyəcəyində əmin edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG