Accessibility links

Rostov na-Donuda yerləşən hərbi məhkəmə Oleq Sentsovu terrorçu qrupa başçılıq etməkdə və Krımda rusiyapərəst üsyançılara terrorçu hücumunda günahlandırır.

Müttəhim Oleksandr Kolçenko da terrorçuluqda günahlandırılaraq 10 il müddətinə həbs cəzasına məhkum edilib. Hüquq müdafiəçiləri məhkəmənin siyasi motivli olduğunu deyirlər.

Header Makqil Amnesty İnternational təşkilatında Avrasiya üzrə tədqiqatçıdır.

Header Makqil: “Ədalətli məhkəmə standardlarının pozulması bunu göstərir ki, ittiham siyasi motivlərlə irəli sürülüb”.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Sentsovu 2014-cü ilin may ayında ukraynapərəst nümayişdə həbs edib. Həmin vaxt Rusiya Krımı ilhaqından cəmi 2 ay keçmişdi.

Rusiya rəsmiləri Sentsovun silahlı olduğunu, o və daha üç şəxsin Rusiyanın kommunist inqilabı lideri Vladimir Leninin heykəlini partdatmaq istədiklərini iddia edir. Onlar həmçinin Sentsovu Rusiya ilə əlaqələri olan təşkilatları yandırmağa səy göstərməkdə günahlandırırlar.

Həbs olunanlar Ukraynanın sağ qanad qrupunun üzvü olmaqda ittiham olunur. “Onlar Ukrayna vətəndaşı olmalarına baxmayaraq Rusiyaya aparılaraq orada məhkəmə qarşısına çıxarılıb” deyə MakQil bildirir.

Fakt budur ki, onlar ilhaq olunmuş Krım ərazisindən Rusiyaya aparılıb. Onların Rusiya qanunlarına görə məhkəməsinin keçirilməsi beynəlxalq humanitar qanunlara ziddir.

Header Makqil: "Fakt budur ki, onlar ilhaq olunmuş Krım ərazisindən Rusiyaya aparılıb. Onların Rusiya qanunlarına görə məhkəməsinin keçirilməsi beynəlxalq humanitar qanunlara ziddir."

Həbs olunanlardan birinin ifadəsi Sentsova qarşı sübut olaraq istifadə olunub. İki müttəhim günahını qəbul edərək 7 il həbsə məhkum olunublar. Bu ayın əvvəllərində əsas şahid ifadələrinin işgəncələr altında alındığı bildirilir.

Sentsov iddiaları rəd edib və həmçinin bildirib ki, təcridxanada ona işgəncə verilib.

Rusiya rəsmiləri Sentsovun bədənindəki işgəncə izlərinə özünün səbəb olduğunu bildirib.

Ukraynalı kinorejissor kompyuter oyunları üzrə çempion haqda 2011-ci ildə çəkilmiş “Oyunçu” filmi ilə tanınır. Beynəlxalq kino rejissorlar onun azad edilməsini tələb edirlər.

XS
SM
MD
LG