Accessibility links

Rusiya prezidenti Vladimir Putin Moskva ilə Ukrayna arasında qaza dair hazırkı müqavilənin daha üç ay müddətinə uzadılması planını təsdiqləyib.

Rusiya rəsmiləri qərarı çərşənbə axşamı günü elan edib. Qərar keçən ilin sonunda müvəqqəti olaraq əldə edilmiş qazın qiymətinə dair razılaşmanın müddətinin bitməsniə bir neçə saat qalmış verilib.

2014-cü ilin oktyabrında əldə olunan razılığa əsasən, Kiev 2015-ci ilin yanvar ayından mart ayının 31-dək hər 1000 kub metr qaz üçün qabaqcadan 365 dollar ödəməli idi.

Rusiya rəsmiləri Ukraynanın aprel ayının 1-dən təbii qaz üçün 348 dollar ödəyəcəyini açıqlayıb.

XS
SM
MD
LG