Accessibility links

Ukrayna: Avropa, yoxsa Rusiya? [Skype-Müsahibə]


Politoloq Fuad Hilalov Ukraynanın Rusiya ilə Gömrük İttifaqına qoşulmaq barədə razılıq imzalayacağına ehtimal vermədiyini deyir.

O, hesab edir ki, bu məsələnin gündəmdə olmadığına dair bir neçə fakt mövcuddur. “Birincisi, Ukrayna rəhbərliyi bunun marağında deyil, ikincisi sənaye və biznes sahələrinin rəqabət gücünü itirməsi qorxusu, üçüncüsü, xalqın etirazı və nəhayət Qərbin tənqidləri və sanksiyalar ehtimalı.” Bütün bunlar belə bir razılaşmanın baş tuta biləcəyini sual altına alır.

F.Hilalov bildirib ki, Qərb ağır şərtlər altında analoqu olmayan qiymətlərlə Rusiyadan təbii qaz alan Timoşenkoya dair ziddiyyətli mövqe tutub. “Yuliya Timoşenko siyasi deyil, iqtisadi səbəblər üzündən həbs edilib.

Politoloq hesab edir ki, Ukrayna Qərb yolunu seçsə, Rusiyadan qaz asılılığa son qoya bilər.“Ukrayna indiyədək Rusiyadan qaz asılılığını minimuma endirmək sahəsində çox iş görüb. Ukrayna alternativ enerji mənbələrindən istifadə edilməsi, qaz alışı üçün başqa ölkələrə müraciət etməsi kimi səylərini davam etdirir.
XS
SM
MD
LG